Biləcəridə F-1 əl qumbarası tapılıb

2019/02/anama-1549086332.jpg
Oxunub: 10383     09:06     02 Fevral 2019    
ANAMA "102" Xidməti-Zəng mərkəzi sistemindən əldə etdiyi məlumat əsasında Biləcəridə əl qumbarasını zərərsizləşdirib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, bu barədə dünən 16:28-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Biləcəri Xətt Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Biləcəri Xətt Polis şöbəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryolu xəttinin yaxınlığına baxış keçirib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb.

Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əl qumbarasının ətrafı agentliyin mütəxəssisləri tərəfindən 8,000 kv.m yerüstü yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Əl-Qumbarası  


Bizi "telegram"da izləyin