Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri, Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə təhciz edilib.
Ordu.az “Müdafiə Təşəbbüsləri” MMC-nin rəsmi saytına istinadən bildirir ki, “Talisman” GMK döyüş təyyarələrin mühafizəsini təmin etmək üçün nəzərdə tutulur.
Onlara aşağıdakılar daxildir:
Aktiv (yarı-aktiv) radar radiolakasiyalı özütuşlanan başlıqları olan bütün aviasiya və idarə olunan zenit raketlərindən;
Elektro-optik (infraqırmızı) radiolakasiyalı özütuşlanan başlıqarı olan bütün aviasiya və zenit raketlərindən;
Komanda rəhbərliyi sistem tərəfindən təyyarə ilə istifadə edərək;
Yerdən idarə edilən hava hücumundan müdafiə sistemlərinin istifadə etdiyi idarəolunan raketlərdən;
"Talisman", həmçinin təyyərəni raket sistemləri və yerüstü hava hücumundan müdafiə sistemlərinin "dost atəşi"ndən qoruyur.
Bu kompleksin əsas üstünlükləri və unikallığı:
Avtomatik (pilotun və ya operatorun iştirakı olmadan) düşmənin bütün radioelektron qurğularına maneə yaratması;
Eyni zamanda havada və yerdə maneə yaradılan radioelektron qurğuların susdurulmasında say məhdudiyyətinin olmaması;
GMK daşıyıcı təyyarələrinin özünü işıqlandırması təmamilə istisna edilir;
GMK qorunan təyyarələrin döyüşdə istifadə edilməsi taktikasına məhdudiyyət qoyulmadan istifadə olunur;
Sıx döyüş şəraitində fəaliyyət göstərərkən, GMK daşıyan təyyarə REM vasitələrinə malik olmayan qonşunusu da etibarlı bir şəkildə əhatə edir;
Qorunan təyyarələrin öz radioelektron avadanlıqları ilə tam elektromaqnit uyğunluğu.
Qeyd edək ki, “Müdafiə Təşəbbüsləri” MMC, 25 yanvar 2011-ci ildə həm Belarus Respublikasında, həm də xaricdə müəssisə və təşkilatların innovativ, yüksək texnologiyalı və rəqabətli elmi və texniki məhsulların ehtiyaclarını ödəmək məqsədi ilə yaradılıb. Müdafiə Təşəbbüslər MMC-nin əsas fəaliyyəti hərbi məhsullarla bağlıdır. Şirkətin məhsulları əsasən ixracyönümlüdür.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Talisman
Azərbaycan
Belarus