Ordu.az xəbər verir ki, bu barədə Aysor.am portalına politoloq Tevan Poğosytan Con Boltonun Azərbaycan prezidenti ilə telefon danışığında Qarabağ məsələsinin nizamlama perspektivlərini müzakirə etməsinə münasibət bildirərkən danışıb.
Xatırladaq ki, amerikalı rəsmi bu günlərdə Paşinyanla telefon danışığı aparıb, lakin Paşinyanın sözlərinə görə, Qarabağ məsələsi müzakirə mövzusu olmayıb.
“Boltonun məsələni bundan sonra erməni tərəfi ilə müzakirə etməyə zərurət görmədiyini ehtimal etmək olarmı” deyə verilən suala, Poğosyan cavabında bildirib ki, yumorla yoxsa, ciddi cavab verməli olduğundan əmin deyil.
“Əgər zarafatla desək, yəqin dərk ediblər ki, Azərbaycan güzəştə getməlidir və zəng edib xahiş edirlər ki, “qardaşım, bütün bunları güzəştə get də”. Ancaq ciddi yanaşsaq, Qarabağ münaqişəsi ilə məşğul olan yeganə legitim qurum ATƏT-in Minsk Qrupudur. ABŞ öz maraqlarından irəli gələrək, fəaliyyət göstərməyə cəhd edir. Azərbaycan və ABŞ ka tərəfinin münasibətləri var”, - deyə politoloq əlavə edib.
ABŞ-ın həmsədr ölkə olmasına münasibət bildirərkən isə o vurğulayıb ki, Rusiya ilə Fransa da həmsədr ölkədir və hər hansı bir ölkənin müəyyən zaman çərçivəsində daha fəal rol alması tez-tez müşahidə edilir.
“Kazanda, Soçidə, Ki Uestdə belə vaxtlar olub. Hər hansı şəkildə nəsə etməyə çalışıblar, ancaq bu, bir tərəflə işləməklə olmaz. Ona görə də bu prosesə sakit yanaşmağı məsləhət görüb. Onlar nə etmək istədiyindən asılı olmayaraq, öz maraqlarını irəli aparmalıdır”, - deyə Poğosyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az