Erməni əsgər anaları etiraz edir: ““Eyni xarab sistemdir, heç bir şey dəyişməyib” (VİDEO)
Oxunub: 13146
14:08
31 Yanvar 2019
“Eyni xarab sistemdir, heç bir şey dəyişməyib, sadəcə hakim işin xitam verilməsini dayandırdı, yenidən başladılar”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın hökumət binası qarşısında təkrarən etiraz aksiyasına toplaşan qara geyimli erməni əsgər anaları səsləndiriblər.
Onların sözlərinə görə, Paşinyan onlara söz verib ki, cinayət işlərinin üstləri açılmadığı təqdirdə iş milli təhlükəsizlik xidmətinə veriləcək.
“15 mart tarixində oğlumun öldürülməsinin 9-cu ildönümü tamam olur, yenidən 9 il gözləməliyəm? Öz əlləri ilə ört-basdır edildiyinə görə, nə qədər ki, müstəntiqlər dəyişdirilməyib, heç nəyin üstü açılmayacaq”, - deyə etirazçılardan biri bildirib.
Etirazçılar qeyd edir ki, bu gün günahsız dayanaraq, prokuror olmaq istəyən, yarıtmaz Kostanyan birinci cinayətkardır və dələduzdur, onun ucbatından onların övladlarının işi ört-basdır edilib.