"Cəbhə xəttində atəşkəsin miqdarı müharibənin başlanması ilə əlaqədar deyil" - Davtyan

2019/01/46546-1548683891.jpg
Oxunub: 32145     17:41     28 Yanvar 2019    
"Cəbhə xəttində atəşkəsin miqdarı qoşunların yerdəyişməsi və ya müharibənin başlanması ilə hər hansı bir şəkildə əlaqədar deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

Onun sözlərinə görə, cəbhə xəttində vəziyyət sabitdir və hər hansı bir dəyişiklik yoxdur.

"Biz xidmətimizi hər bir saniyə ərzində hərbi əməliyyatların başlaya biləcəyi prinsipləri ilə təşkil edirik. Qalan siyasi rəhbərliyin sahəsidir, danışıqlar aparılır", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbhə   Ermənistan   Təxribat   Davtyan  


Bizi "telegram"da izləyin