Ordu.az xəbər verir ki, Anna Danğyan erməni mətbuatına verdiyi açıqlamada bildirb ki, o, Hrazdan şəhərindəndir, lakin illər öncə ailə quraraq Abovyan şəhərinə köçüb.
O qeyd edib ki, hazırda iki övladı və ailəsi ilə bərabər kirayədə yaşayır.
"6 il əvvəl xəstələndim, oğlanlarımdan biri 9 yaşında, digəri 7 yaşındadır. 3 il əvvəl son müayinədə məlum oldu ki, hər iki böyrəyim işləmir, xroniki böyrək çatışmazlığı var. Müalicəmin xaricdə təşkil edilməsi arzusundayam. Ermənistanda böyrək dəyişmə əməliyyatı 8 milyon drama başa gəlir. Xaricdə müalicə isə 70 min avroya başa gəlir. Yoldaşım tikintidə işləsə də ehtiyacları ödəyə bilmir. Müxtəlif dövlət orqanlarına müraciətlərim cavabsız qalıb", - deyə o şikayətlənib.
Qeyd edək ki, Anna Danğyanın atası Derenik Danğyan Qarabağda təxribatçı əməliyyatlarda iştirak edib. İlk öncə Hrazdan, daha sonra xüsusi dəstə tərkibində döyüş əməliyyatlarında iştirak edib. Məlumata görə, o, 1992-ci ildə Laçın keçidində məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az