Ordu.az xəbər verir ki, bu sözləri "Şant" televiziya kanalına verdiyi müsahibədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Gümrüdə 57 yaşlı küçə süpürən qadını döyərək öldürülməsi işinin araşdırılmasına münasibət bildirərəkən bildirib.
O qeyd edib ki, ölən vətəndaşın ailəsinə hüquqi yardım göstərilərkən şok faktlarla üzləşiblər.
Onun fikrincə, Ermənistanda rus hərbi bazasının dislokasiya olunması haqqında Ermənistan-Rusiya müqaviləsi Ermənistanın konstitusiyasına ziddir. Zamanında Konstitusiya məhkəməsinin bu müqaviləyə necə razılıq verdiyi onu təəccüləndirib. O, bunu keçmiş hakimiyyətin Moskvanın himayəsinə ehtiyacı olması maraqları ilə əlaqələndirir.
Sakunts hesab edir ki, indi vəziyyət dəyişdiyinə görə Ermənistanda Rusiya hərbi bazasının dislokasiya olunması, rus sərhədçiləri və qazla bağlı müqavilələrə yenidən baxılmalıdır. Bütün bunların Ermənistanın maraqlarına və konstutusiyasına zidd olduğunu qeyd edib.
"Artıq bu müqavilələrin əsas qanunauyğunluğunun yoxlanılması məqsədilə Konstitusiya məhkəməsinə müraciət edilməsi vaxtı yetişib. Erməni-rus müqaviləsi realda Ermənistanın sosial həyatının bütün sahələrini, o cümlədən təhlükəsizlik, enerji, nəqliyyat və milli aktivlərinin idarə edilməsini tənzimləyir.
İndiyədək legitimlik problemi olan sabiq hakimiyyət tərəfindən bu müqavilə şübhə altına alınmayıb. Lakin indi Ermənistan hakimiyyəti tam legitimdir və xarici havadarlara ehtiyacı yoxdur. Mövcud legitimlik Ermənistana bölgənin qüsurlu status-kvosunun qurulduğu siyasi əsaslara yenidən baxmağa imkan verir. Bir çox dairələrdə yeni hakimiyyətin legitimliyi və status-kvonun dəyişdirilməsi imkanları Qarabağ münaqişəsinin nizamlanması baxımından dəyərləndirilir.
Yeni hakimiyyətin rəqibləri, onların guya "Madrid prinsipləri"nin bərpa edilməsi, Ermənistanı ərazi güzəştlərinə məcbur etmək üçün hakimiyyətə gəldiklərinə işarə etməyə başlayıblar. Belə tənqidlərin absurd olduğu məlumdur.
Əgər Qarabağın status-kvosunun dəyişdirilməsinə dair geosiyasi konsensus olsaydı, təzyiq qarşısında daha tez məğlub olan keçmiş hakimiyyəti buna məcbur etmək daha rahat olardı.
Ermənistandan getməzdən əvvəl ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mils bu məsələyə, erməni xalqı heç güzəşt barədə düşünmür, deməklə son qoyub.
Ancaq legitimlik, yeni hökümətə dövlətlərarası müqavilələrə yenidən baxılmasını, dəyişikliklər edilməsini, Konstutusiyaya və milli maraqlara uyğunlaşdırılmasını həyata keçirə bilər. İstənilən məsələni, o cümlədən Ermənistandakı rus hərbi bazasının cavabdehliyi, qazın ucuzlaşdırılması, Ermənistanda rus sərhədçilərinin olması məsələsini razılaşdıra bilər. Razılaşdırılmasına nail olunması mümkün olmayan məsələlər ətrafında isə ictimai məsuliyyət təyin etmək olar", - deyə o fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az