Ermənistanda dövlət sükanı orduda qulluq etməyənlərin əlindədir

2019/01/45645-1548671719.jpg
Oxunub: 23222     14:59     28 Yanvar 2019    
Ermənistanın keçmiş hakimiyyəti dövründə mətbuat daim orduda xidmət etməyən Armen Aşotyan, Eduard Şarmazanov, Taron Markaryan barədə tez-tez xatırlatma edir, hərbi forma daşımasını, “selfi”lər çəkməsini tənqid edirdi.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın yeni hakimiyyəti bu baxımdan köhnə hakimiyyəti üstələyir. Respublikaçıların hakimiyyəti dövründə orduda qulluq etməyən məmurları barmaqla saymaq olardısa, indiki hakimiyyət dövründə orduda xidmət edənləri barmaqla saymaq mümkündür.

Ermənistan Silahlı Qüvvələrində Baş nazir Nikol Paşinyan, Baş nazirin müavini Tiqran Avinyan, Ermənistan parlament sədri Ararat Mirzoyan, Baş nazirin müavini Mher Qriqoryan, Elm və Təhsil naziri Arayik Harutyunyan, İqtisadi İnkişaf və Sərmayələr naziri Tiqran Xaçatryan, Vətəndaş Müqaviləsi fraksiyasından olan deputatların böyük əksəriyyəti orduda xidmət etməyib.

Məlumata görə, daima “Vətəndaş Müqaviləsi” fraksiyasından olan erməni deputatlar bu boşluğu hərbi geyimdə şəkillər yaymaqla, heç olmasa, informasiya səviyyəsində doldurmağa çalışırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Fərarilik  


Bizi "telegram"da izləyin