Ordu.az xəbər verir ki, bu barədə məlumat bu gün Ukrayna ordusu tərəfindən yayılıb.
Bildirilir ki, yanvarın 23-də vurulan PUA hərbi mühəndislər tərəfindən yoxlanıldıqdan sonra, identifikasiya və tədqiqat üçün mütəxəssislərə təhvil verilib.
Araşdırmalardan sonra aydın olub ki, vurulan dron “Qranat-2”dir.
Qeyd olunur ki, seperatçıların əlində bu tipli PUA-lardan yenə olması ehtimalı yüksəkdir və bu vasitələrlə vaxtaşırı Ukrayna ordusuna qarşı təxribatçı fəaliyyətlər həyata keçirilir.
İlkin Məmmədov
Ordu.az