“Əgər bu baş verməsə, cəbhə xəttində növbəti gərginlik baş verəcək” - Aleksandrov

2019/01/fg-1-1548404768.jpg
Oxunub: 16827     12:23     25 Yanvar 2019    
“Əgər bu baş verməsə, o zaman cəbhə xəttində növbəti gərginliyin baş verməsini gözləmək olar”.

Ordu.az xəbər verir ki, bu sözləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Davosda baş tutan Paşinyan-Əliyev görüşünə münasibət bildirərkən qeyd edib.


“Belə görüşlərin planlaşdırılmış olmamasına inanmaq çətindir. Hər hansı ilkin razılaşma olub. Ola bilər ki, bu liderlərin Davosa yola düşməsindən az öncə edilmiş ola bilsin”, - deyə Aleksandrov bildirib.

Ekspertin fikrincə, Ermənistan hakimiyyəti Qarabağla bağlı danışıqlar prosesini kəsib. Lakin bu proses yeni mərhələyə daxil olur və burada Azərbaycan öz tələblərini irəli sürəcək.

“Hakimiyyət dəyişikliyi ilə əlaqədar danışıqlar prosesinə ara verilib. Bu, Azərbaycan tərəfində müəyyən ümidlərə yol açıb və yeni hakimiyyətdən hər hansısa güzəştlər əldə edilməsinə gətirib çıxara bilər. Bu səbəbdən onlar Dağlıq cəbhə xəttində fəallığı müəyyən mənada zəiflədiblər. Demək olar ki, keçid mərhələsi artıq yekunlaşıb. Azərbaycan tərəfi müəyyən nəticələri gözləyəcək. Əgər bu baş verməsə, o zaman cəbhə xəttində növbəti gərginliyin baş verməsini gözləmək olar”, - deyə Mixail Aleksandrov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin