Təhlükəsizlik qaydalarını pozan erməni zabit xəsarət alıb

2019/01/227_1-1548400341.jpg
Oxunub: 30987     11:21     25 Yanvar 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrinin qeyri-döyüş şəraitində verdiyi itkilərin sayı artmaqda davam edir.

Ordu.az xəbər verir ki, düşmən ordusunun tank əleyhinə divizionunun zabiti leytenant Gevorq Petrosyan təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayağın qapalı sınığı diaqnozu ilə Xankəndindəki hərbi hospitala təxliyə edilib.

Faktla bağlı xidməti araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı   Qarabağ  


Bizi "telegram"da izləyin