Erməni hərbçi qəza törətdi - Kənd qazssız qaldı

2019/01/50705-1548396712.jpg
Oxunub: 32847     10:10     25 Yanvar 2019    
Bu gün Ermənistanın Kotayk vilayətində böyük qəza baş verib.

Ordu.az "shamshyan.com" saytına istinadən xəbər verir ki, saat 08։20 radələrində Araqatsotn vilayətinin sakini, 35 yaşlı Artur Qazaryan idarə etdiyi "Nissan X-Trail" markalı 51 XR 100 nömrəli avtomobillə Aştarak-İrəvan avtomagistralının Proşyan kəndinin inzibati ərazisində İrəvana doğru gedəkən yolun hərəkət hissəsindən çıxaraq qaz borusu ilə toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində ölən və yaralananlar olmayıb. Lakin toqquşma nəticəsində qaz borusu sıradan çıxıb və güclü qaz sızması başlayıb. Nəticədə kəndə qaz verilməsi dayandırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü Ermənistan müdafiə Nazirliyinin "N" nömrəsində qulluq edir. Hadisə yerinə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları da gəlib.






Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin