Düşmən Qarabağda komandir toplanışları keçirib

2019/01/45645-1548338736.jpg
Oxunub: 7587     18:04     24 Yanvar 2019    
İşğal altında olan Qarabağda qanunsuz hərbi bölmələrdə komandir toplanışları keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 21-dən 24-dək qanunsuz hərbi birləşmənin birinci müavini, polkovnik Samvel Poğosyanın rəhbərliyi ilə komandir toplanışları keçirilib.

Məlumata görə, komandir toplanışlarında Ermənistanda və Qarabağda dislokasiya olunan birlik və hərbi hissələrin komandirləri, onların müavinləri iştirak ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat   Toplanış  


Bizi "telegram"da izləyin