Ordu.az xəbər verir ki, bu barədə hərbi ekspert Aleksandr Qolts ölkə rəhbərlərinin görüşünü şərh edərkən bildirib.
O, görüşün münaqişənin həll edilməsi yolunda nəzərəçarpan irəliləyiş yaratmadığını qeyd edib: "Münaqişə tərəfləri özlərini doğru hesab edirlər və istənilən kompromisi geri çəkilmə güzəşti kimi qəbul edirlər. Cəmiyyətlər qarşılıqlı güzəştə hazır deyillər. Münaqişə tərəflərinin liderləri isə cəmiyyətin təzyiqi altındadırlar və görüşlərdə, danışıqlarda həmin mövqeni nümayiş etdirirlər".

Ekspertin sözlərinə görə, yalnız münaqişə tərəflərinin ictimaiyyəti tərəfindən kompromislərin geri çəkilmə kimi qəbul edilməsindən geri çəkildikdən sonra münaqişənin nizamlanması baş verə bilər.
"Eyni birliyin üzvü olmaq amili də münaqişələrin nizamlanmasına xidmət edir. Balkan ölkələri Avropa İttifaqına üzv olmaq məqsədi barədə elan etdikdən sonra balkanlardakı çaxnaşma sakitləşdi. Bu variant Qarabağ münaqişəsi üzrə fayda verməyəcək, çünki Azərbaycanın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq ehtimalı yoxdur", - deyə o vurğulayıb.
Qolts bildirib ki, liderlər öz xalqlarına tədricən kompromislərin zəruri olduğunu başa salmalıdırlar.
"Məsələ hətta kompromisin məzmunu deyil. Problem məhz kompromisə getməkdir. Hər iki xalq kompromisin əhəmiyyətini dərk etməlidir. Hər şeyi, həm də məhz indi əldə etmək olmur", - deyə ekspert fikirlərinə əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az