Azərbaycan XİN-nin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.
Qeyd edək ki, Mixail Avaqyan Axalkalaki rayonunun Buğaşen kəndində anadan olub, 8-ci sinifi bitirdikdən sonra Hrazdan şəhərində texniki məktəbdə təhsilini davam etdirib. Ordudan sonra Sverdlovsk Daxili İşlər Nazirliyinə daxil olan Avaqyan, daha sonra Abxaziyada daxili işlər orqanlarında çalışıb.
Abxaziyada baş verən müharibə zamanı o, ermənilərdən formalaşdırılan, xüsusi qəddarlığı ilə məşhurlaşmış "Baqramyan" batalyonuna qoşulur. Abxaziyadakı fəliyyətindən sonra Avaqyan Ermənistana, Sarinaxpyur kəndinə qayıdır.
Təsadüfi deyil ki, o, dərhal Dağlıq Qarabağda peyda olur. Azərbaycan dilini bilən və kəşfiyyat dəstələri tərkibində təxribatçı əməliyyatlarda iştirak edən Avaqyan Xocalı, Fizuli, Hadrut və Horadizdə mülki sakinlərin öldürülməsində baş rollardan birini ifa edir.
Lakin Horadiz körpüsü uğrunda döyüş zamanı Mixail Avaqyan azərbaycanlı snayperin atəşi nəticəsində yaralanır və xəstəxanaya aparılarkən yolda ölür. Şübhəsiz ki, əgər o döyüşlər zamanı sağ qalsaydı, Abxaziyada geri qayıdar və Xocalıda tətbiq edilən vəhşilikləri mülki gürcü sakinlərinə yenidən xatırladardı.
Ordu.az