Ekspert: "Paşinyan və Əliyev iyunda müqavilə imzalayacaq, bir neçə rayon qaytarılacaq"

2019/01/10372-1548318790.jpg
Oxunub: 10157     12:21     24 Yanvar 2019    
"İddialara baxmayaraq, detallar müzakirə edilmir. Biz yetkin insanlarıq, gözəl başa düşürük ki, əgər danışıq üçün konkret mövzu yoxdursa, o zaman danışmağa heç nə yoxdur. Son aylardakı proses, saatlarla davam edən görüşlər göstərir ki, ciddi müzakirələr aparılır, danışıqlar masasında konkret lahiyələr ətrafında "dəzgah" qurulur".

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov Davosda keçirilmiş Paşinyan-Əliyev görüşünü şərh edərkən erməni KİV-lərinə açıqlamasında deyib.


"Əliyev hədsiz sevincli, Paşinyan isə məzlum idi, çünki Əliyev bu oyunu qazanır. Paşinyan isə deyir ki, Qarabağ danışıqlar tərəfi olmalıdır və bu istiqamətdə heç bir addım atılmayıb. Hazırda onlar etimad tədbirləri haqqında danışırlar. İstənilən ciddi, təhsilli konfliktoloq sizi başa sala, hətta beynəlxalq əlaqələr fakültəsinin ikinci kurs tələbəsi də deyə bilər ki, konfliktlərin həlli prosesində tərəflər o zaman etimad mexanizmlərinə başlamaq və sülh haqqında danışa bilərlər ki, müəyyən mərhələlər keçsinlər, yəni əgər öncəki mərhələlər keçilibsə, bu proses danışıqların üçüncü və ya dördüncü mərhələsində baş verir.

Hazırda onlar üçüncü-dördüncü mərhələləri səsləndirirlər, ilkin mərhələnin detallarını isə açıqlamırlar. Erməni politoloqlar və ekspertləri romantikdirlər, düşünürlər ki, Qarabağsız (qondarma qurum-red) heç nə qərar verilə bilməz. Lakin necə qərar verilir görürük", - deyə o qeyd edib.

Politoloq, həmçinin bildirib ki, iyunda Paşinyan və İlham Əliyev Qarabağ ətrafında müqavilə imzalayacaqlar və erməni tərəfi bəzi əraziləri qaytarmağa məcbur olacaq.

Onun sözlərinə görə, bu prosesi Türkiyə parlamentinin erməni-türk protokollarına qayıtması və onları ratifikasiya etməsi, diplomatik münasibətlərin bərpa edilməsi izləyəcək, paket həll lahiyəsi açıqlanacaq və "yoldaş Paşinyanın iradəsi yerinə yetiriləcək".

"Azərbaycan bəyan edir ki, rayonların bir hissəsi geri qaytarılmalıdır. Onlar bunu açıq şəkildə deyirlər. Lakin Ermənistanın nə etməyə hazırlaşdığı aydın deyil, erməni tərəfi səssizdir. Əgər erməni tərəfi Azərbaycan tərəfi ilə bu haqda danışmasaydı, Əliyev Paşinyanla heç vaxt bənzər şəkildə əlaqə qurmaz, müharibə və ultimatum dili ilə danışardı", - deyə o fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin