Ordu.az xəbər verib ki, bu barədə o, “Aysor.am” saytına verdiyi müsahibəsində danışıb.
“Bəs nə müzakitə ediblər, hava şəraitini?,” - deyə Şarmazanov bildirib. Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi qeyd edib ki, Nikol Paşinyan hər hansı xəyanətin baş vermədəyini bəyan edir.
“Mən ona sual vermək istəyirəm, xəyanət deyərkən o, nə başa düşür? Qarabağ və Ermənistan əhalisinin böyük bir hissəsi üçün xəyanət hesab edilən hal, kiməsə görə xəyanət hesab edilməyə bilər”, - deyə o qeyd edib.
Eduard Şarmazanov vurğulayıb ki, istər Məmmədyarov, istərsə də İlham Əliyev öz fikirlərini dəyişməyiblər. İctimai şəkildə qeyd ediblər ki, onlar sülh qarşılığında ərazi platforması ilə hərəkət edirlər.
“Onlar bəyan ediblər ki, Qarabağ müstəqil ola bilməz. Sual yaranır, bəs niyə Paşinyan Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini qeyd etmir. Niyə sülh əvəzinə ərazilər konsepsiyasının qəbulolunmaz və rədd edilən olduğunu qeyd etmir?”, - deyə Eduard Şarmazanov bildirib.
Şarmazanov Nikol Paşinyana sualının olduğunu da qeyd edib: “Niyə Məmmədyarov Mnatsakanyan görüşündə Masis Mailyan iştirak etməyib? Axı Paşinyan deyirdi ki, Qarabağın danışıqlar prosesinin tam üzvü olması üçün hər şey edilməlidir. İndi sual yaranır, o , Əliyevin istəyindən asılı olmayaraq Qarabağla danışıqlar masasında oturmağa məcbur olduğunu deyibmi?”
Şarmazanov qeyd edib ki, bütün bu suallarının cavablarını ölkənin Baş nazirindən eşitmək istəyir.
“Əgər cavab “yox” olarsa, demək görüşlər bizim maraqlarımıza xidmət etmir”, - deyə Şarmazanov əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az