Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.
"Nikol Paşinyanın Əliyevlə görüşünə dair münasibətini dinlədim. Paşinyanın əsas suallardan yayındığı və Qarabağ münaqişəsinin nizamlanması üzrə indiki mərhələ ətrafında mövcud narahatlıqları dərinləşdirdiyi aydındır. Müzakirə gündəliyinin bu qədərlə məhdudlaşdığına inanmıram.
Baş nazirin danışıqlar prosesində erməni mövqeyini dalana dirəndirdiyi görünür. Əvəzində heç həyati və ermənipərəst mövqe yaratmadan, ardıcıl sürətdə bizim danışıqlar prosesindəki keçmiş möhkəm dayaqlarımızı dağıdır", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az