Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində açdığı canlı yayımda Ermənistan Baş naziri Nikol Paşinyan öncəki gün baş tutan görüşü şərh edərkən bildirib.
“Bu, İlham Əliyevlə bizim 3-cü görüşümüz və söhbətimizdir. Keçmişdə olduğu kimi bu görüş də planlaşdırılmış görüş deyildi. Problem var. İkimiz də eyni tədbirdə iştirak etdiyimiz bir vaxtda bu vəziyyəti müzakirə etdik. Məsələn, üz-üzə gəldiyimiz hal olur və bu məsələni müzakirə etmədiyimiz müddətdə müəyyən vəziyyətlər yaranır. Bu görüşdə əgər bir yerdə oluruqsa, ən azı görüşlərdən yayınmayaq deyə razılığa gəlmişik”, - deyə Nikol Paşinyan bildirib.
Söhbətin məzmununa toxunan Paşinyan qeyd edib ki, əslində bütün hər 3 görüş zamanı danışıqlar prosesinin tarixi, nə zaman və hansı mərhələdə nə baş verdiyi və s. kimi məsələlər müzakirə edilib.
“Biz heç bir konkret detal müzakirə etmirik, sadəcə fikir mübadiləsi aparırıq. Danışıqlar prosesi ilə bağlı qarşılıqlı gözləntilər nümayiş etdiririk. Müzakirənin əsas xüsusiyyəti odur ki, danışdıqlarımız haqqında ictimai şəkildə danışırıq. Çox vacib hesab edirəm ki, bəzi hallarda kimlərsə, ictimaiyyətə bunu “baxın görün, hansısa xəyanət var” deyə hallar aşılamaq istəyir. Hesab edirəm ki, bu, bir dəfəlik aydın olub ki, xəyanətkarlıq ola bilməz və hətta bu haqda düşünmək belə absurddur”, - deyə Nikol Paşinyan bildirib.
Qeyd edək ki, ötən ilki çevrilişlə Ermənistan iqtidarını ələ alan Paşinyan hakimiyyətə gələrkən idarəetmədə şəffaflığı təmin edəcəyini bəyan etsə də, baş verən bir sıra qalmaqallar onun bu vədinə xilaf çıxması ilə bağlı çoxlarında şübhə oyadıb və ona olan etimadı sarsıdıb.
Alpər Mövludoğlu
Ordu.az