Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində qeyri-hökumət təşkilatı olan “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poğosyan, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşlərini şərh edərkən bildirib.
Erməni jurnalistlərin “Qarabağ (qondarma qurum-red) adından danışıqlar aparılmasının qeyri-mümkünlüyü barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatı fonunda artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşləri keçirilir” deyə verdiyi sualdan Tevan Poğosyan bu şəkildə yayınıb.
“Danışıqlar nə barədədir, münaqişənin həll edilməsi haqqındadır? Təhlükəsizliyin təmin edilməsi, qaçqınların problemi, vətəndaş cəmiyyətləri arasında əlaqə və başqa minlərlə digər məsələlər müzakirə oluna bilər. Əgər “itkilər” tələb olunursa, qoy bu əsgərlərin həyatı yox, diplomatların sinirləri ilə olsun”, - deyə Poğosyan Paşinyanın açıqlamaları fonunda yaranmış böhranlı vəziyyəti şərh etməkdən çəkinib.
Alpər Mövludoğlu
Ordu.az