Xəqani Quluyev şəhadətinin 25-ci ilində anılıb – FOTOLAR

2019/01/1-1547623905.jpg
Oxunub: 32785     11:29     16 Yanvar 2019    
Ağdərə istiqamətində gedən göyüşlərdə şəhid olan əsgərimiz Xəqani Sabir oğlu Quluyev şəhadətinin 25-ci ilində anılıb. Anım gününə şəhidin yaxınları və döyüş dostlarıda qatılıb.

Ordu.az xəbər verir ki, anım günü Ağcabədi rayon Avşar kəndində qeyd edilib.

Şəhadətinin 25-ci ilində şəhidin döyüş dostları, yaxınları və kənd sakinləri onun anım gününü qeyd ediblər. Anım günündə hərbi karaul düzülüb, şəhidin adı ehtiramla yad edilib.

Xatırladaq ki, Xəqani Sabir oğlu Quluyev 1973 cü ildə Ağcabədi rayon Avşar kəndində anadan olub. O 1992-ci ilin aprel ayında Azərbaycan ordusu sıralarına yazılıb. "BABƏK 44" taborunda xidmət edib və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 15-də Ağdərənin Həsənqaya kəndi istiqamətində erməni hücumunun qarşısının alınması zamanı gedən döyüşlərdə şəhid olub.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xəqani-Quluyev   Həsənqaya   Şəhid  


Bizi "telegram"da izləyin