Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sarkisyan öz "Facebook" səhifəsində yazıb.
O, "Vətəndaş Müqaviləsi Partiyası"na müraciət edərək qeyd edib ki, ABŞ-la bağlı onların proqamlarında yalnız "ABŞ-la dostluq, iqtisadi, elmi təhsil və digər ictimai sahələrədə əməkdaşlıq münasibətlərini inkişaf etdirəcəyik" fikri yazılıb.
"Bilmək istərdik ki, siyasi sahədə (Konqreslə münasibətlər), hərbi sahədə (Pentaqonun kəşfiyyat agentlikləri ilə münasibətlər), terrorçuluğa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı niyə inkişaf etdirməməliyik. Kanzas qvardiyasından əlavə, Vaşinqton bizə müxtəlif layihələr üzrə hərbi yardımlar göstərir. Əgər bu Boltonun bəyanatına cavabdırsa, deməli bu başqa məsələdir", - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az