Rusiyanın S-300F-i və ABŞ-ın SM-i: Hansı daha yaxşıdır?

2018/11/98392-1542028635.jpg
Oxunub: 1128     21:13     12 Noyabr 2018    
Havadan müdafiə müasir döyüş gəmisinin ən əhəmiyyətli xüsusiyyələrindən biridir. Müasir təyyarələr müasir gəmi əleyhinə raketlər və digər idarəolunan silahlarla gəmilərə artıq daha ölümcül təhdid meydana gətirə bilir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, müasir döyüş gəmilərinin təyyarə əleyhinə əsas silahı dəniz səthindən havaya atılan (SAM) raketlərdir.

ABŞ-ın başlıca dəniz SAM-ı “Standard Missile”dir (SM). O, müxtəlif formalarda 1960-cı illərdən etibarən istifadə edilir. Raketin istehsalçısı “Raytheon” onu dünyanın birinci dərəcəli filotiliya-zona havadan müdafiə silahı adlandırır. SM həm gəmiyə əlavə edilmiş fırlanan qurğulardan, həm də vertikal atış sistemindən atıla bilir.

Bunun əksinə, Rusiyanın əsas dəniz silahı olan SAM S-300-ün bir variantıdır. Silah ilk dəfə Sovetlərin Havadan Müdafiə Qüvvələri üçün hazırlanıb. S-300F (dəniz) silahının təkamülü onun quru bazalı həmkarı ilə paralel olaraq aparılıb. Lakin bu silahın SM-ə qarşı effektivliyi kifayətdirmi? S-300-ün çoxsaylı hədəfləri nişanalma üzrə dizaynlaşdırılmış kökləri onu daha ölümcül edə bilərmi?

Bu raketlərin müqayisəsində əsas məsələlərdən biri onların gəmilərə inteqrasiyasıdır. SM əsasən “Arleigh Burke” və “Triconderoga” sinifli raketlərə əlavə edilir. Bu zaman o, MK41 vertikal atış sistemindən istifadə edir.

S-300F də vertikal sistemdən istifadə edir. Lakin SM-dən fərqli olaraq S-300F-in sadəcə bir atış mövqeyi var. Buna görə də, növbəti raketin atışı üçün sistem düzgün mövqeyə fırladılmalıdır.

Buna görə də, onun atış tezliyi Mk-41-dən geri qalır. Rusiyanın ən yeni gəmiləri daha yüngül hava əleyhinə raketlər ata bilən UKSK vertikal atış sistemlərindən istifadə edir. Buna görə də, SAM-lar kimi ağır raketlər hələ də köhnə modelli atıcılardan atıla bilir.

Yekun olaraq onu demək olar ki, SM-in təkamülü daha sürətli baş verdi və bu dövr ərzində o, həm mənzil, həm də imkanlar baxımından Rusiyanın S seriyasını geridə qoydu. Bunun əksinə olaraq S-lərin quru sistemlərinə birləşdirilməsi onların sürətli modernizasiyasına olan ehtiyacı bir qədər azaltdı və buna görə də onlar geridə qaldılar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: S-300   SAM  

Rusiyanın S-300F-i və ABŞ-ın SM-i: Hansı daha yaxşıdır?

2018/11/98392-1542028635.jpg
Oxunub: 1129     21:13     12 Noyabr 2018    