Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan müddətli hərbi xidmətdən azad edilməsi səbəblərinə aydınlıq gətirməyə çalışıb.
O, ordudan azad edilməsinə səbəb kimi böyrək xəstəliyinin olduğunu bildirib. Həkim olduğuna görə 35 yaşınadək hərbi xidmət keçə biləcəyini qeyd edən Torosyan, səhhətinə və təhsilinə görə hərbi xidmətdən 5 il müddətinə möhlət hüququ aldığını da deyib.
"Aprel döyüşləri ərəfəsində hərbi xidmətə çağırıldım və 3 ay 24 saat Xankəndində hərbi xidmət keçdim. 2-3 aprel tarixində hərbi hissədə növbətçilik aparmışam, daha sonra kəskin agrılarla müayindən keçib hərbi xidmətdən təxris olunmuşam".
Erməni nazir, mətbuat konfransı zamanı jurnalistlərə hər gün istifadə etdiyi dərmanları da göstərib.
Erməni mətbuatı heç kimin xəstəlikdən sığortalanmadığını yazmaqla yanaşı, Torosyanın bu şərtlər altında nazir postunda otura bilməyəcəyini də yazır: "Lakin nazir hərbi xidmətdən xəstəliyin kəskinləşməsinə görə azad olunubsa, əlavə olaraq bu gün də dərman qəbul etdiyini deyirsə, o zaman sual yaranır, doğrudanmı o, hökümət üzvü olaraq vəzifə borclarını tam icra edə bilər. Nəhayət, Arsen Torosyan nazirdir, bu vəzifə ağır yüklü iş tələb edir. Buna isə gərək nazirin səhhəti imkan versin".
Qeyd edək ki, Arsen Torosyan 2015-ci il dekabrın 25-də Ermənistan ordusunun işğal altında olan Qarabağda dislokasiya olunan hərbi birləşməsinin qərargahı hesab edilən 19916 nömrəli hərbi hissəyə hərbi xidmətə çağırılıb. Xankəndində yerləşən 19916 nömrəli hərbi hissənin qərargahında 2016-cı il oktyabrın 27-ə qədər hərbi xidmətdə olub.
Alpər Mövludoğlu
Ordu.az