DARPA-dan “Həşərat Müttəfiqlər” layihəsi: Bioloji silah?

2018/10/34543-1538812441.jpg
Oxunub: 3204     16:59     14 Aprel 2020    
ABŞ Dövlət Departamenti həşəratların genlərini dəyişməklə kənd təşərrüfatı məhsullarını qorumağın yollarını araşdıran tədqiqat proqramı həyata keçirir.

Bu barədə avropalı beş tanınmış tədqiqatçı öz narahatlıqlarını ifadə ediblər. Onlar bu proqramın Beynəlxalq Bioloji Silahlar Konvensiyasının şərtlərini poza biləcəyini bildiriblər.

“Əgər uğurlu olarsa, bu texnika pis niyyətli aktorlar tərəfindən az qala bütün məhsul növlərinə və onların biçimlərinə xəstəliklərin yayılması üçün istifadə edilə bilər”, - deyə bu tədqiqatçılar bildiriblər.

ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) 2016-cı ildə Virciniyada “Həşərat Müttəfiqlər” (“Insect Allies”) adlı layihə başladıb.

Qurumun açıqlamasında proqramın məqsədinin kənd təsərrüfatı məhsullarını meydana gələ bilən təhdidlərdən qorumaq üçün yeni yolların aşkarlanması olduğu göstərilib. Buna baxmayaraq, tədqiqatçılar bu proqramın asanlıqla bioloji silah istehsal etmə proqramına çevrilə biləcəyini iddia edirlər.

“DARPAnın proqramın məqsədilə bağlı yaydığı bəyanat konteksində biz düşünürük ki, bu proqramdan əldə ediləcək biliklər sadəcə ABŞ kənd təsərrüfatı üçün gərəkli çərçivə ilə məhdudlaşdırılmalıdır. Bu olmadığı təqdirdə onun bioloji silahlar meydana gətirmə təhlükəsi var ki, bu da Bioloji Silahlar Konvensiyasının pozulması deməkdir”, - deyə tədqiqatçılar bildirirlər.

1972-ci ildə qəbul edilmiş konvensiyaya bu vaxta qədər ABŞ və Rusiya da daxil olmaqla 182 dövlət imza atıb. Bu sənəd kütləvi qırğın silahlarının bütün siniflərinin istehsalı və toplanmasını qadağan edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DARPA   Bioloji-silah  


Bizi "telegram"da izləyin