Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, təqaüddə olan İMQ polkovniki Lotan İsrailin 2014-cü il müharibəsini həmin cəsədlərin geri qaytarılmasına qədər davam etdirməli olduğunu bildirib.
İMQ-nin əsgərləri Hadar Qoldin və Oron Şaulun cəsədlərinin geri qaytarılması üzrə çalışan heyətə rəhbərlik etmiş Lior Lotan bu vəzifəyə 2014-cü ildə İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən təyin edilsə də, 2017-ci ilin ortalarında istefa verib.
Lotan terror danışıqların irəliləməsi üçün önə sürdüyü təklifin hökumət tərəfindən qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, o prosesin başqa metodlarla aparıldığını təklif edib. Metodlarının sehrli olduğunu, lakin uğur qazanacağına inandığını dilə gətirən Lotan o zamanlar bir anlıq tərəflərin anlaşmaya çox yaxınlaşdığını, lakin bunun heç vaxt baş vermədiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az