Amerikalı hərbçilər Ermənistanda təlimlər keçirəcəklər - FOTOLAR

2018/09/Astx-8_15363311170.jpg
Oxunub: 4313     22:03     07 Sentyabr 2018    
Kanzas Milli Qvardiyasının nümayəndə heyəti Ermənistana gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində qeyd olunub.

Məlumata görə, nümayəndə heyəti təcrübə mübadiləsi aparmaqla yanaşı, erməni hərbi qulluqçuları ilə birgə təlimlər və digər tədbirlər də həyata keçirəcəklər.

Qeyd edək ki, Ermənistan və Kanzas Milli Qvardiyası 15 ildir ki, hərbi əməkdaşlıq edir. İki il ərzində amerikalı hərbçilər qrupu göndərilir. Erməni hərbçilər isə, öz növbəsində ABŞ-a gedir, orada amerikalı hərbçilərlə birgə qalır və təlim keçirlər.

Kanzas Milli Qvardiyası həkim və sülhməramlılarının hazırlaması, o cümlədən silahlanma kimi məsələlərdə Ermənistan ordusuna yardım edir.











Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kanzas-Milli-Qvardiyası  


Bizi "telegram"da izləyin