Şuqayev Tonoyanla görüşdən sonra: "Yeni heç nə deyə bilmərəm"

2018/09/143855_1536317992.jpg
Oxunub: 2466     18:57     07 Sentyabr 2018    
"Ermənistanla münasibətlər təsdiq olunmuş proqrama əsasən qurulur".

Ordu.az xəbər verir ki, bu barədə erməni jurnalistlərlə görüşündə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

"Ermənistanla münasibətlər təsdiq olunmuş proqrama əsasən qurulur. Mövcud olan razılaşmalar qüvvədədir. Bununla bağlı mən yeni heç nə deyə bilmərəm", - deyə Şuqayev qeyd edib.

Qeyd edək ki, Moskvaya gedən Ermənistan müdafiə naziri Davit Tonoyan, Şuqayevlə Ermənistan-Rusiya hərbi texniki əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin