NATO: Azərbaycanla əlaqələrin əhəmiyyətini yaxşı başa düşürük

2018/09/20171123_171123-azerb-sg_1536317247.jpg
Oxunub: 3773     18:45     07 Sentyabr 2018    
Azərbaycanın Qadınlar, Sülh və Təhlükəsizlik üzrə NATO konfransına ev sahibliyi etmək barədə təklifi alyans tərəfindən müsbət qarşılanıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan NATO üçün olduqca əhəmiyyətli partnyordur və alyans tərəflər arasındakı əməkdaşlığı dəyərləndirir.

“Bizim ümumi təhlükəsizlik məsələləri üzrə ikitərəfli əməkdaşlığımızın böyük tarixi var. Azərbaycanla əlaqələrin əhəmiyyətini yaxşı başa düşürük. Rəsmi Bakının 20 sentyabrda keçiriləcək Qadınlar, Sülh və Təhlükəsizlik üzrə konfransa ev sahibliyi etmək təklifi tərəfimizdən yüksək qiymətləndirilir”, - deyə açıqlamada qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan  


Bizi "telegram"da izləyin