MN nümayəndələri Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüblər

2018/09/dd32cf3aa2bb2528a7403d3f43e20c82-(1)_6144962200.jpg
Oxunub: 3756     21:22     06 Sentyabr 2018    
Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirir və onların məktəbli övladlarının qayğıları ilə maraqlanırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşlər zamanı nazirliyin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.

Sonra uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bu kimi görüşlər sentyabrın 15-dək davam edəcək.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Qarabağ-Müharibəsi  


Bizi "telegram"da izləyin