Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlim məşqlərinə zenit raket kompleksləri, çoxtəyinatlı Mi-8MT və Mi-24P helikopterləri, rabitə, kəşfiyyat və idarəetmə vasitələri cəlb edilib.
"Alagöz" təlim mərkəzində aviasiya tuşlayıcıları və kəşfiyyatçılar, pilotsuz uçuş aparatlarını, rabitə, kəşfiyyat və idaretmə vasitələrini tətbiq etməklə artilleriyaçılara, HHM bölmələrinə və pilotlara dəstək veriblər.
Qeyd edək ki, təlimlər avqustun 20-dən başlayıb və sentyabrın 15-dək davam edəcək. Təlimlər hərbi bazanın komandirinin rəhbərliyi ilə keçirilir.
Alpər Mövludoğlu
Ordu.az