Ordu.az RT-yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis səsləndirib.
Hindistan səfəri əsnasında jurnalistlərin suallarını cavablayan Mettis ABŞ kəşfiyyatının sözügedən qrupların kimyəvi silaha sahib olmasına dair “sıfır” məlumatı olduğunu vurğulayıb.
Amerika və Beynəlxalq məlumata istinad etdiyini diqqətə çatdıran Mettis həmin qrupların heç vaxt kimyəvi silahlardan istifadə etmədiyini və bunu daha öncə sadəcə Bəşər Əsədə sadiq qüvvələrin həyata keçirdiyini dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az