102-ci hərbi bazada həyəcan: MiQ-29 qırıcıları havaya qaldırıldı

2018/09/4565_1536145207.jpg
Oxunub: 1453     18:58     05 Sentyabr 2018    
Ermənistanda Rusiyaya məxsus 102 nömrəli hərbi bazanın 2 mindən çox hərbi qulluqçusu təlim çərçivəsində həyəcan siqnalı ilə qaldırılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandakı rus hərbi bazasının 2 mindən çox hərbi qulluqçusu təlim çərçivəsində həyəcan siqnalı ilə qaldırılaraq, təlim mərkəzilərinə aparılıb.

Verilmiş həyəcan siqnalı üzrə şəxsi heyət döyüş hazırlığı üzrə tədbirlərin həyata keçirildiyi "Kamxud" və "Alagöz" təlim mərkəzlərinə hərəkət etmək barədə tapşırıq alıb.

Hərbi qulluqçular 1 həftəlik səhra çıxışları çərçivəsində xüsusi taktiki hazırlıq, döyüş maşınlarının sürülməsi, atıcı silahlardan, döyüş maşınlarının və tankların silahlanmasında olan atəş vasitələrindən normativlərin icra edilməsini həyata keçirəcək.

Qeyd edək ki, təlimlərə 2 mindən çox hərbi qulluqçu, 400-dək avtomobil və zirehli texnika, o cümlədən MiQ-29 qırıcıları, Mi-24P və Mi8MTV helikopterləri, müasir PUA-lar cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlim  


Bizi "telegram"da izləyin