Heydər Əliyev adına AAHM təlim-metodiki toplanış keçirilir - FOTOLAR

2018/09/22_1536142877.jpg
Oxunub: 4650     18:19     05 Sentyabr 2018    
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış öz işinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, toplanışda çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov məktəbdə keçən müddət ərzində aparılan fəaliyyətləri təhlil edərək yeni tədris dövründə qarşıda duran vəzifələri, xüsusilə də Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarına çatdırıb.

General-mayor F.Salahov zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Təlim-metodiki toplanış sentyabrın 7-dək davam edəcək.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Təlim   AAHM  


Bizi "telegram"da izləyin