Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin köməkçisi Con Rud danışıb.
“O, tezliklə açıqlanacaq. Ümid edirəm ki, çox yaxın zamanda, qarşıdakı həftələrdə olacaq. Hazırda biz geri qalan maddələri tamamlayırıq”, - deyə Rud söyləyib.
Əslində RMD-nin 2017-ci ilin sonlarında açıqlanacağı gözlənilsə də, əvvəlcə bu ilin fevralına, daha sonra isəm mayın ortalarına təxirə salındı. Lakin doktrina mayda da açıqlanmadı.
Bir çoxları onun avqustun əvvəllərində Kosmos və Raketdən Müdafiə Simpozimundan qısa müddət öncə açıqlanacağını gözləsə də, bu dəfə də baş vermədi. Simpoziumda Pentaqon liderləri bu gecikdirilmə ilə bağlı suallardan yayınmağa çalışdılar.
Rudun sözlərinə görə, doktrinada beynəlxalq təhlükəsizlik arenasında baş verənlərdən qaynaqlanan və siyahısı genişlənməkdə olan suallara cavab axtarılır.
Ağalar Ağalarlı
Ordu.az