Əfqanıstanda növbəti şəhər “Taliban”dan azad edilib

2018/09/06268FB4-9710-4449-99FD-1123FA591B06_cx0_cy12_cw0_w1023_r1_s_1536130680.jpg
Oxunub: 1561     14:56     05 Sentyabr 2018    
Əfqanıstan ordusunun Baqlan vilayətində həyata keçirdiyi əməliyyatların məntiqi ardıcıllığı olaraq daha bir şəhər qiyamçılardan azad edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən yaşayış məntəqəsi bölgənin başlıca strateji şəhərlərindən olan Nəhrindir.

Məsələ ilə bağlı şəhər polis bölməsinin rəhbəri polkovnik Mirağa Ənvərinin bildirdiyi açıqlamaya əsasən, ordu bu gün səhərin erkən saatlarından şəhər istiqamətində əməliyyatlara başlayıb.

Qeyd olunub ki, əməliyyatlar zamanı baş verən qarşıdurmalarda “Taliban” qiyamçı qruplaşmasının 13 üzvü məhv edilib, 16-sı yaralanıb.

Əməliyyatlar nəticəsində şəhər və ona bağlı olan 13 kənd və qəsəbə qiyamçılardan azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin