Ermənistan TŞ-nın katibi vəzfəsindən azad ediləcək

2018/09/12104578_1536126133.jpg
Oxunub: 2438     13:35     05 Sentyabr 2018    
Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan vəzfəsindən azad ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyanın komandasında kadrlarla problemlərin olması, yeni hökumətin səlahiyyətlərinin icrasının 100-cü günü və sonrakı vaxtlarda artıq biruzə verməyə başlayıb.

Ermənistanda bu problemlər indiyədək, köməkçilər, məsləhətçilər səviyyəsində təyinat və azad edilmə səviyyəsində biruzə verdiyi halda, artıq yeni kadr yerdəyişmələri gözlənilməkdədir.

İstənilən halda əldə edilən məlumata əsasən Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da vəzfəsindən azad edilməsinə hazırlaşır. Onun vəzifəsinə uyğun olmadığı öncədən məlum idi. O, indiyədək hər hansı ciddi təşəbbüs və təkliflə çıxış etməyib və ya hər hansı faydalı iş görməyib.

Məlumata görə, Nikol Paşinyan artıq bu vəzifəni həm mətbuatda, həm "Facebook"da, həm də ictimai platformalarda hökumət və baş nazirin mövqeyinə fəal, o cümlədən aqressiv şəkildə dəstək verən siyasətçi Hayk Martirosyana vəd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Paşinyan  


Bizi "telegram"da izləyin