Türkiyənin kəşfiyyat idarəsinin sabiq rəisi: "Naxçıvanda türk hərbi bazası yaratmağa zərurət yoxdur"

2018/09/435345_1536058028.jpg
Oxunub: 2218     18:58     04 Sentyabr 2018    
"Ümumiyyətlə, Türkiyə muxtar vilayətə zəruri köməyi və dəstəyi göstərir. Naxçıvanda baza yaratmağın hər hansı bir mənası yoxdur... Azərbaycandan Naxçıvan qoşunları üçün yanacaq göndərilməsi mümkün olmayan hallarda Türkiyə, bəzən isə İran muxtar vilayətin hərbi qüvvələrini yanacaqla təmin edir".

Ordu.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi İsmayı Haqqı Pekin Ankaranın Naxçıvanda hərbi baza yaratmaq niyyətinin olduğu barədə "Sözcü" qəzetinin yaydığı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Naxçıvanda türk hərbi bazası yaratmağa zərurət yoxdur və hazırda Şimali Kiprdə dəniz bazasının yaradılması planlaşdırılır.

"Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrinin korpusu yerləşir. Türkiyə zəruri yardım edir. Orada bizim hərbi məsləhətçilərimiz var. Türkiyə Naxçıvan sərhəd qoşunları və xüsusi təyinatlı qüvvələrlə sıx əlaqədədir. Azərbaycandan Naxçıvan qoşunları üçün yanacaq göndərilməsi mümkün olmayan hallarda Türkiyə, bəzən isə İran muxtar vilayətin hərbi qüvvələrini yanacaqla təmin edir.

Ümumiyyətlə, Türkiyə muxtar vilayətə zəruri köməyi və dəstəyi göstərir. Naxçıvanda baza yaratmağın hər hansı bir mənası yoxdur. Hazırda Şimali Kiprdə dəniz hərbi bazasının yaradılması gündəmdədir. Biz bütün diqqətimizi buna yönəltməliyik”, - deyə kəşfiyyat idarəsinin sabiq rəisi qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Naxçıvan   Azərbaycan   Hərbi-baza  


Bizi "telegram"da izləyin