“Gürcanlı hərbi baza ilə bağlı tərəflərin reaksiyasını ölçür” – Pol Qobl

2018/09/BE78DF99BAD3B68DFA4FF927B7AA3D158FD002363674BD93699E65628EEB3661-123423423423423_1516087937_1536057378.jpg
Oxunub: 3739     18:33     04 Sentyabr 2018    
Ordu.az ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qoblun məsələyə dair açıqlamasını təqdim edir:

- Türkiyənin “Sözçü” qəzetində gündəmlə əlaqədar yazılar yazan məşhur Türkiyə xarici siyasət təhlilçisi Zeynəb Gürcanlı Türkiyənin üçüncü hərbi bazasını Naxçıvanda aça biləcəyini bildirib.

Gürcanlı bildirib ki, Ankara və Moskva bir çox sahədə müttəfiq olsalar da, onların toqquşduğu əsas məsələ Ermənistandır. Türkiyə bütün məsələlər üzrə Bakını dəstəklədiyini nümayiş etdirmək istəyir. Onun məqaləsi Azərbaycan və Türkiyə hərbçilərinin şərqi Anadoluda illik ənənəvi hərbi təlimin keçirildiyi zamana təsadüf edir.

Türkiyəli şərhçi Moskvanın bu fikrə neqativ reaksiya verəcəyini bildirsə də, onun bu iddiası ilə bağlı heç bir arqument səsləndirməyib. Yaxud o, balanslı xarici siyasəti yüksək dəyərləndirən Bakının da buna necə münasibət bəsləyəcəyindən danışmayıb.

İstənilən halda Gürcanlının məqaləsi Bakıda böyük diqqət çəkib. Türkiyənin artıq Somali və Qətərdə hərbi bazaları var, lakin Gürcanlının yazısı sanki Ankaranın Naxçıvanda baza açmağa hazırlaşmasından daha çox, belə bir ideyaya müxtəlif tərəflərin necə reaksiya verəcəyini öyrənmək məqsədi daşıyır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Türkiyə-Rusiya  


Bizi "telegram"da izləyin