Ordu.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti öz etibarlı mənbələrinə istinadən yayıb.
Mənbənin sözlərinə görə, qalmaqal Ermənistan tərəfinin KTMT-nin baş katibini çağıraraq, ona qarşı ittiham irəli sürməsi və daha sonra girov müqabilində azad etməsindən ibarətdir. Rusiyanın yuxarı dairələri tərəfindən Ermənistanın bu addımı hələ də bağışlanmayıb.
Əksinə, Rusiyada fəaliyyət göstərən böyük iş adamlarına Ermənistanın yeni hakimiyyətinə bir qəpik də olsun pul köçürülməməsi barədə ən yüksək səviyyədə xəbərdarlıq edilib.
Məlumata görə, Rusiyada yaşayan bir çox iş adamları artıq səbəb göstərmədən vəd etdikləri və ya planlaşdırdıqları mədəniyyət və digər layihələrinin Ermənistanda həyata keçirilməsini dayandırıblar. Hazırda Rusiyadakı erməni iş adamları heç vaxt onlarla bu tərzdə danışılmadığını qeyd edərək, kifayət qədər narahat və qəzəblidirlər.
Alpər Mövludoğlu
Ordu.az