102-ci hərbi bazanın istehkamçıları təlimlərə başlayıb

2018/09/945897_1536048205.jpg
Oxunub: 2404     16:02     04 Sentyabr 2018    
Ermənistanda dislokasiya olunan Cənub Hərbi Dairəsi tərkibindəki rus hərbi bazasının mühəndis-istehkam bölmələri vahid plan üzrə bölüyün ikitərəfli taktiki təlimində iştirak edirlər.

Ordu.az Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamxud və Alagöz təlim mərkəzləri arasındakı hərbi avtomobil kolunun yürüş marşrutu üzrə yolboyu mühəndis-istehkam bölmələri mühəndis kəşfiyyatı aparırlar.

Həmçinin mühəndis-istehakm bölmələri atəş mövqelərinin təchizatlanması, fortifikasiya qurğularının və ərazinin maskalanması üzrə normativləri icra edirlər.

Qeyd edək ki, bölüyün ikitərəfli taktiki təlimi CHD-nin birləşmə komandiri polkovnik Vladimir Yelkanovun rəhbərliyi altında 20 avqust tarixindən 15 sentyabr 2018-ci il tarixinədək keçirilir. Təlimlərə 500-dən artıq hərbi qulluqçu və 100-dək hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlim  


Bizi "telegram"da izləyin