“Growler” F-18 “Super Hornet” qırıcı təyyarələrindən törəyib, lakin o, “Super Hornet”dən daha sürətli, daha çevik, daha ağır silahlanıb. Bu, imkan verir ki, “Growler” hücum missiyalarına əlavə atəş gücü qazandıra bilsin.
Çinin aviasiya mühəndisləri heç vaxt xaricdən yaxşı ideyanı kopyalamaqdan çox qürrələnməyərək, əsasən “Çin özəllikləri” ilə onları modifikasiya ediblər. Güman ki, onların öz “Growler”inin olması heç kimi təəccübləndirməz.
Yeni təyyarə iki oturacaqlı J-16 “Red Eagle” hücum təyyarəsinin yeni versiyasıdır. J-16 özü belə Rusiyanın Su-30 MKK təyyarəsindən kopyalanıb. İki oturacaqlı “Red Eagle” Amerikanın F-15E təyyarəsinə çox oxşayır. Həmçinin onda Rusiya mənşəli avioniklər, Aktiv Elektron Skan Radarı və s. var. Çin yüksək qabiliyyətli təyyarə mühərriki istehsal etməkdə çətinlik çəksə də, o, qabaqcıl elektron materiallar istehsalında xeyli uğurludur.
J-16D-dəki “D” Çin mənşəli söz olan “dianzi” (elektron) kəlməsindən gəlir. Bu təyyarə ilk uçuşunu 2015-ci il dekabrın 18-də həyata keçirib. J-16D atıcı qurğuya, infraqırmızı sensora malikdir. Həmçinin onun yeni antennaları və rahat elektron müharibə radarları var. Sözügedən elektromaqnit sensorlar radar tezliklərini analiz edə və radarın mövqeyini aşkarlaya bilər.
Eyni zamanda Çin HHQ elektron müharibə qabiliyyətinə malik daha bir bombardmançı ilə təchiz olunmağa çox yaxındır. Söhbət yerli istehsal olan iki oturacaqlı JH-7 “Uçan Leopard”dan gedir. Max 1,75 sürətlə uça bilən təyyarə 20 minə qədər mərmi daşıya bilir. Onun həm də radar əleyhinə raketləri var.
Ağalar Ağalarlı
Ordu.az