TSQ son bir həftədə 46 PKK terrorçusunu məhv edib

2018/09/thumbs_b_c_0ee1c183a682effd55879ea8090dcd09_1535975614.jpg
Oxunub: 4053     20:10     03 Sentyabr 2018    
Türkiyə Silahlı Qüvvələrinin son bir həftədə həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK terror qruplaşmasının 4 önəmli fiquru məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, son bir həftə ərzində TSQ tərəfindən terrorla mübarizə məqsədilə müxtəlif məzmunlu 2290 əməliyyat həyata keçirilib.

Məlumata əsasən, əməliyyatlar zamanı PKK terror qruplaşmasının 4-ü xüsusilə önəmli fiqur olmaqla, ümumilikdə 46 üzvü zərərsizləşdirilib.

Qeyd edək ki, 27 avqust – 3 sentyabr tarixlərini əhatə edən əməliyyatlar nəticəsində terrorçulara məxsus 13 sığınacaq məhv edilib və çox sayda silah-sursat aşkarlanaraq müsadirə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin