XAO-nun sualtı gəmiləri Şərqi Çin dənizində təlim keçib

2018/09/cd752deb-cc54-452a-a8eb-88e9dd2c64ed_1535973379.jpg
Oxunub: 1894     19:09     03 Sentyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun sualtı gəmiləri Şərqi Çin dənizində təlimlər həyata keçirib.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu barədə XAO-ya yaxın mənbə bildirib.

Məlumata görə, təlimdə freqatlar, sualtı gəmilər, və digər vasitələr istifadə olunub. Təlim zamanı sualtı gəmilərin qərargahla rabitəni itirməsi vəziyyəti təqlid olunub.

Çinli hərbi ekspert Sonq Zonqpinq belə təlimlərin hazırda dünyada artmaqda olan eyni xarakterli risklərlə mübarizədə faydalı ola biləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sualtı-Gəmi  


Bizi "telegram"da izləyin