İsraildən xəbərdarlıq: İraqdakı İran silahları vurula bilər

2018/09/avigdor-lieberman_1535972952.jpeg
Oxunub: 1744     19:00     03 Sentyabr 2018    
İsrail İranın İraqdakı hərbi ləvazimatlarını hədəf ala biləcəyinə dair xəbərdarlıq edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman danışıb.

“Biz Suriyada baş verənləri, İranla bağlı təhdidləri izləyirik, lakin Suriya ərazisi ilə kifayətlənmirik. Bunun hər kəs tərəfindən bilinməsi lazımdır”, - deyə Liberman söyləyib.

İraqda hansısa tədbirin görülüb-görülməyəcəyi ilə bağlı sualı da cavablandıran Liberman İsrailin İranla bağlı bütün təhdidlərlə mübarizə apardığını və bunun üçün onun hansı istiqamətdən gəldiyinin fərqi olmadığını vurğulayıb.

Bununla bağlı hazırda nə texniki olaraq İsraillə müharibə şəraitində olan İraqdan, nə də ABŞ-ın Mərkəzi Komandanlığından hansısa reaksiya verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   İraq  


Bizi "telegram"da izləyin