KXDR hərbi paradın keçiriləcəyini təsdiqləyib

2018/09/military-parade_file-photo_kcna_1535971627.jpg
Oxunub: 3822     18:38     03 Sentyabr 2018    
Şimali Koreya rəsmiləri ölkənin əsasının qoyulmasının ildönümü ilə əlaqədar təşkil olunan mərasimlər arasında hərbi paradın da nəzərdə tutulduğunu təsdiqləyiblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, parad növbəti bazar günü, yəni sentyabrın 9-da təşkil olunması planlaşdırılır.

Məlumata görə, ölkənin qurulmasının 70-ci ildönümü ilə əlaqədar beş kütləvi tədbir nəzərdə tutulub ki, bunlardan da ikisi hərbi parad və Pxenyan sakinlərinin birgə yürüşüdür.

Qeyd edək ki, KXDR bu ilin fevral ayında daha bir hərbi parad təşkil edib. Həmin paradda “Xvasonq-15”, “Xvasonq-14” qitələrarası ballistik raketləri nümayiş etdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Hərbi-Parad  


Bizi "telegram"da izləyin