Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu əməliyyatlardan əlavə olaraq, Əfqanıstan Hərbi Hava Qüvvələri 16 dəfə hava əməliyyatı keçirib.
Ölkənin 10 vilayətində eyni zamanda həyata keçirilən əməliyyatlar nəticəsində 35 qiyamçı məhv edilib, 15-i isə yaralanıb. Bununla yanaşı, terrorçulara məxsus 4 ədəd motosiklet və 4 ədəd Ak-47 ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az