Gürcüstanda beynəlxalq hərbi təlim başlayıb

2018/09/7aca77a01f33ab8d2684d322ee3e7334_1535965002.jpg
Oxunub: 4304     16:55     03 Sentyabr 2018    
Bu gün Gürcüstanın qərbindəki “Senaki” hərbi bazasında bir neçə dövlətdən olan hərbçilərin iştirakı ilə beynəlxalq hərbi təlim başlayıb.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, “Agile Spirit 2018” adlı təlimə ABŞ və Gürcüstan orduları rəhbərlik edirlər.

Bu ölkələrlə yanaşı təlimdə Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya Respublikası və Estoniyadan da hərbçilər iştirak edəcəklər.

Bu il sayca səkkizincisi keçirilən təlim sentyabrın 11-ə qədər davam edəcək. Ötən il təlimdə 7 ölkə iştirak etmişdisə, bu il bu rəqəm 10-a yüksəlib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Senaki   Agile-Spirit-2018  


Bizi "telegram"da izləyin