Husilər Ərəb koalisiyasına 3 istiqamətdə hücum edib

2018/09/Снимок_1535714403_1535964862.png
Oxunub: 2534     16:52     03 Sentyabr 2018    
Husi qiyamçıları həm Səudiyyə Ərəbistanı ərazisində, həm də Yəmən daxilində Ərəb koalisiyasının hərbçilərinə qarşı hücumlar həyata keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk olaraq qiyamçılar Cizən vilayətində düşərgə salan sudanlı əsgərləri dronla hədəf alıblar.

Digər bir hücum isə Səudiyyə Ərəbistanının Əsir vilayətində baş tutub. Burada hərəkətdə olan zirehli vasitəni vuran qiyamçılar vasitənin içində olan heyətin məhv edildiyini iddia ediblər.

Qeyd edək ki, Yəmənin qərb sahili bölgəsində də qızğın döyüşlər davam edir. Sutka ərzində koalisiya qüvvələri ilə husilər arasında ağır artilleriya və digər silahlardan qarşılıqlı atışmalar baş verib. Bu atışmalar nəticəsində hər iki tərəfin itkilər verdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər    


Bizi "telegram"da izləyin