Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi çıxışı Böyük Britaniya naziri Qavin Uilyamson edib.
O qeyd edib ki, terrorçu qruplaşmanın Suriya və İraqdakı məğlubiyyəti Avropanı eyforiyaya salmamılıdır.
“Bəli Suriya, İraq, Misir və digər Afrika ölkələrində mübarizə böyük ölçüdə qələbə ilə yekunlaşdı və artıq bu ölkələrdən gələcək İŞİD təhlükəsinin olmadığını deyə bilərik. Lakin gözdən qaçırmamalı olduğumuz bir nüans var ki, o da Əfqanıstanda sözügedən qruplaşmanın qarşıqlıqdan lazımınca istifadə etdiyidir. “Taliban”ın güclənməsi eyni zamanda ölkədəki xaosdan istifadə edərək İŞİD-in də güclənməsinə səbəb olur. Əfqan İŞİD-çiləri bütün Avropa üçün təhdid formalaşdırır”, - deyə Uilyamson vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az